• Xəbər lentİ
Fləş

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

09:09 / 11.12.2023

7 yaşayış məntəqəsini birləşdirən yolun təmirinə 1,7 milyon ayrıldı

12:41 / 11.12.2023

İlham Əliyev Gürcüstan parlamenti sədrini qəbul etdi (FOTOLAR)  

12:30 / 11.12.2023

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

12:14 / 11.12.2023

Bakı İlahiyyat Kolleci yaradıldı

10:40 / 11.12.2023

Əliyar Ağayev ÇL-də "Mançester Siti"nin oyununu idarə edəcək

09:56 / 11.12.2023

İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu  

09:26 / 11.12.2023

General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən "alpinistlər"dən xəbər var

09:25 / 11.12.2023

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

09:09 / 11.12.2023

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

17:19 / 10.12.2023

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

16:52 / 10.12.2023

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

16:11 / 10.12.2023

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

15:27 / 10.12.2023

Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi  

14:14 / 10.12.2023

"Dedi ki, qızıma övlad ver, mənim canımı al" (VİDEO)

14:09 / 10.12.2023

İlham Əliyev: "Bu il Azərbaycanın Avropaya qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq"

13:55 / 10.12.2023

Dünyada kabusların həqiqətən yaşadığı 7 mistik yer (FOTO)  

10:48 / 10.12.2023

Hər zəlzələdən sonra Xəzərdə nə baş verir? - Batanların sayı buna görə artırmış

10:41 / 10.12.2023

Ayselin keçmiş əri həbs olundu

10:33 / 10.12.2023

Bu rayonda heyvanlar örüş sahələrindən yoxa çıxır (VİDEO)

10:25 / 10.12.2023

Nazirlik 6 milyona orta məktəb tikdirir

10:17 / 10.12.2023

Dünyanın ən varlı 10 ailəsi (SİYAHI)

10:11 / 10.12.2023

Bu işsiz şəxslərə ödənişlər ediləcək

10:05 / 10.12.2023

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri (FOTO/VİDEO)

10:00 / 10.12.2023

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

15:39 / 09.12.2023

Yeni nazir müavini təyin edildi

13:18 / 09.12.2023

Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi  

13:15 / 09.12.2023

Daha iki ölkədən səfirlərimiz geri çağırıldı - Yeni təyinatlar

12:14 / 09.12.2023

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO)

12:10 / 09.12.2023

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlandı

12:09 / 09.12.2023

Yeni ildə 7 gün iş olmayacaq

12:08 / 09.12.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 11 Dekabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət etdi

10:19 20.11.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

MilliYol.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli konfrans iştirakçıları,

Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram.

Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.

Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərmişdir.

Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilmişdir.

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilmişdir. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülmüşdür.

Həmçinin Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram.

Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur.

Hazırda, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir.

Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaqdır. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaqdır.

Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm.

 


Etiket:

Digər xəbərlər

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)
 

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

10.12.2023
İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

10.12.2023
Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi
 

Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi  

10.12.2023
Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

Milli Məclisin sabiq üzvü Rusiyada 17 bina tikəcək - 50 milyon dollarlıq layihə

10.12.2023
Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü oldu

10.12.2023

"Dedi ki, qızıma övlad ver, mənim canımı al" (VİDEO)

10.12.2023
İlham Əliyev:

İlham Əliyev: "Bu il Azərbaycanın Avropaya qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq"

10.12.2023
Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı -

Natiq Dağlaroğlu bıçaqlanmasından danışdı - "Dedim, "Ə"... (VİDEO)

11.12.2023
General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən

General oğlunun və Cəlal İsayevin evindən oğurluq edən "alpinistlər"dən xəbər var

11.12.2023
İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu
 

İTS-nin 8,2 milyonluq tenderlərini bu şirkətlər uddu  

11.12.2023
Əliyar Ağayev ÇL-də

Əliyar Ağayev ÇL-də "Mançester Siti"nin oyununu idarə edəcək

11.12.2023
Bakı İlahiyyat Kolleci yaradıldı

Bakı İlahiyyat Kolleci yaradıldı

11.12.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)
 

İlham Əliyevin Aleksandar Vuçiçlə təkbətək görüşü oldu (FOTO)  

10.12.2023
İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

İlham Əliyev Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində iştirak edib (FOTO/YENİLƏNİB)

10.12.2023
Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi
 

Prezident Azərbaycanın enerji sahəsindəki gələcək planları barədə məlumat verdi  

10.12.2023
Generalın növbəti məhkəməsi - Adlar çəkdi

Generalın növbəti məhkəməsi - Adlar çəkdi

05.12.2023
Yaşar Əliyev vəfat etdi

Yaşar Əliyev vəfat etdi

08.12.2023
Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər - 8 gün qaldı

Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər - 8 gün qaldı

06.12.2023
İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul etdi
 

İlham Əliyev ATƏT PA-nın prezidentini qəbul etdi  

13.11.2023
Özəlləşdirmə – xalqa və prezidentə qarşı cinayət

Özəlləşdirmə – xalqa və prezidentə qarşı cinayət

26.11.2023
Fransa Gürcüstan vasitəsilə Ermənistana silah daşıyır (FOTO/VİDEO)

Fransa Gürcüstan vasitəsilə Ermənistana silah daşıyır (FOTO/VİDEO)

12.11.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az