Gitara alətinə həvəsi olan şagirdlər üçün məktəb daxili kurslar təşkil olunur
MilliYol.Az xəbər verir ki, orta məktəblərdə gitara kurslarının təşkili layihəsinin icrasına başlanılıb.
Layihə Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə, Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin rəhbəri məktəbin direktor müavini Fəridə Əliyevadır. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan layihə 6 ay boyunc davam edəcək.
Layihənin məqsədi təshildə sərt bacarıqlar formalaşdıran yaradıcı tədris mühitinin gücləndirilməsidir.
Layihə 4 Yasamal rayon məktəbinin 12 şagirdi üçün gitara alətində ifa kurslarını əlçatan edəcək.
Kurs müddətində gitara alətində ifa etməyi öyrənən şagirdlər üçün layihənin sonunda müsabiqə təşkil olunacaq.
MilliYol.Az