Dövlət Təhlükəsizlik Xidməti (DTX) “reket jurnalistika” fəaliyyəti ilə məşğul olan daha bir şəxsi ifşa edib.
Ölkə.az-ın əldə etdiyi məlumata görə, DTX əməkdaşlarının bu gün keçirdiyi uğurlu əməliyyat zamanı “reket” fəaliyyətlə məşğul olan, ayrı-ayrı şəxsləri şantaj edərək pul alan, daha çox səhiyyə və təhsil işçilərinin “qənim”inə çevrilmiş “Kriminal 107” qəzetinin və eyni adlı (“www.kriminal107.az”) xəbər portalının təsisçisi və redaktoru Maarif Abbasov saxlanılıb.
M.Abbasov müxtəlif vəzifəli şəxsləri şantaj edərək, onlardan pul tələb etdiyi zaman ifşa edilib.
Qeyd edək ki, “Kriminal 107” qəzetinin və eyni adlı xəbər portalının redaksiyası da “Azərbaycan” nəşriyyatının binasında yerləşir. Hələ bir neçə ay öncə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov nəşriyyatın binasında daha “reket mətbuat” redaksiyalarının qalmadığını bildirsə də, ancaq Maarif Abbasovun DTX tərəfindən tutulması əslində həqiqətin başqa olduğunu və “reket mətbuat”ın “Azərbaycan” nəşriyyatı tərəfindən himayə olunduğunu deməyə əsas verir.
MilliYol.Az
Digər xəbərlər
loading...