Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçirilib. MilliYol.Az xəbər verir ki, qurultay partiyanın yeni sədrini seçib.
Ankara Arena İdman Salonunda baş tutan tədbirdə sədrliyə yeganə namizəd Binəli Yıldırım olub. O, 1405 səsin hamısını qazanaraq AKP-nin yeni sədri olub. Bununla da Türkiyə Cumhuriyyətinin yeni baş naziri olmaq hüququ qazanıb.
Binəli Yıldırıma bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaq səlahiyyəti veriləcəyi və onun çərşənbə günü Milli Təhlükəsizlik Şurasının toplantısına baş nazir kimi qatılacağı gözlənilir.
Qeyd edək ki, Binəli Yıldırım Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğludan sonra AKP-nin üçüncü sədri olub. O, bu postda Əhməd Davudoğlunu əvəzləyib.
MilliYol.Az
Digər xəbərlər
loading...