Əvvəlki illərdə oktyabr ayında daha isti günlər olub. Bu ay keçid ayı olduğu üçün havanın dəyişkən olması normaldır.
Bu sözləri Axar.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Əvvəlki illərlə müqayisə etsək, rekord istilər qeydə alınmayıb. Hava bəzi günlərdə iqlim normasına yaxın, bəzi günlər də isə 3-4 dərəcə yüksək olub. Oktyabr ayının sonuna kimi ölkə ərazisində mühüm bir hava dəyişikliyi gözlənilmir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu aran rayonlarında 24-29, Bakıda və Abşeron yarımadasında 22-27, dağlıq və dağətəyi rayonlarda isə 15-20 dərəcə isti olacaq”, - Məmmədova bildirib.
Digər xəbərlər
loading...