Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
MilliYol.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Arif Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Dövlət başçısı həmçinin Rövşən Nüsrət oğlu Sadıqbəylini Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Digər sərəncamla Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.