20 yanvar faciəsinin ildönümü ilə baglı Sabirabad rayonunda da anım tədbiri keçirilib.
Mərasimdə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur. Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər.
Anım mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 20 Yanvarın faciəsindən danışmış, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir. Nazim ismayılov 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndirmişdir. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Nazim İsmayılov ümummilli lider Heydər Əliyevin o zamanlar Moskbada 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirmişdir.
Nazim İsmayılov çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixi olduğunu və bu mübarizədə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını dedi.
Daha sonar çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladılar.
Həmçinin, Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakini Zabulla Əliyevin məzarını ziyarət edərək, valideyinlərinə dərin hüznlə başsağlığı veriblər.
Qeyd edək ki, 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənmiş, rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilmiş, faciə qurbanları yad edilmişdir. Respubilkanın hər yerində olduğu kimi Sabirabad rayonundada saat 12:00 -da 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...