"Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır".
APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib.
O, Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib.
Paşinyan Avropa İttifaqını və Ermənistanın müttəfiqlərini fəaliyyətsizlikdə ittiham edib. Baş nazir BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı üç iclasın keçirildiyini xatırladıb. Paşinyan, bu müzakirələrin heç bir praktiki nəticə vermədiyini etiraf edib.
O, Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib: "Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq".