Ermənistanda baş nazir kimi ömürlük hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmiş Serj Sarkisyan bu variantın alınmadığı şəraiti də düşünüb.
İstiPress “panarmenian”a istinadən bildirir ki, erməni lider ehtiyat üçün işğal edilmiş Azərbaycan ərazilərini seçib. Yəni Serj Sarkisyanın baş nazir kimi İrəvanda siyasətdə qalması mümkün olmasa, o, işğal edilmiş Azərbaycan ərazilərinə yerləşəcək.
Bunun üçün bu ərazilərdə qurulmuş işğal rejiminin “konstitusiyasını” dəyişməyi qərara alıb. Bu gün hətta Xankəndidəki işğal rejiminin rəhbəri Bako Saakyan “konstitusiyanın” dəyişməsi üçün referendum keçirilməsi barədə fərman verib. Qarabağdan qaçıb canını qurtara bilməmiş 30 min erməni arasında keçiriləcək referendum işğal rejiminin güclü prezident üsul-idarəsinə keçirilməsini nəzərdə tutur. Yəni rejim rəhbəri orta əsr feodalları kimi mütləq hakimiyyətə malik olacaq.
Sarkisyanın bu addımı atmasının iki səbəbi var. Birinci, Dağlıq Qarabağda artıq Azərbaycan tərəfdarlarının sayı artmaqdadır və hətta onlar səslərini çıxarmaqdan belə qorxmurlar. Buna misal Xankəndidə yaşayan şairə Lusine Nersisyanın dekabr ayında Azərbaycan - Ermənistan platformasına qoşulmasını göstərmək olar. İşğal rejimi onu həbs edib təzyiq edib susdurmağa nail oldu. Orta əsr sayağı feodal rejimi şəraitində isə bu, heç cür mümkün olmayacaq.
İkinci səbəb isə İrəvanda yerli ermənilərdən gələ biləcək təhlükə ilə bağlıdır. Əgər İrəvanda hakimiyyət Qarabağ klanından alınarsa və İrəvan erməniləri işğalçı ordunu Qarabağdan çıxararsa onda Serj Sarkisyan Xankəndiyə gələrək işğal zonasına üçüncü qüvvəni çağıra bilər. Güclü prezident rejimi ona bu işi heç bir müxalifət olmadan rahatlıqla görməyə imkan yaradacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...