Bakı meri Hacıbala Abutalıbov Azərbaycan jurnalistlərini növbəti dəfə "ələ salıb".
O, “ATV-Xəbər”ə müsahibəsi zamanı aramsız yağışlar zamanı Bakının küçə və həyatyanı sahələrinin su altında qalması ilə bağlı reportajlar hazırlayan jurnalistlərə “məsləhət” verib:
“Yağış zamanı Binəqədidə müəyyən gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik. Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. Amma siz, jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratı subasmasını görmədiz, amma mən gördüm. Getmişdik ora, sadəcə arxı qazdıq, gölə ötürdük. Bununla da su məsələsi qurtardı. İnsanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işindən beş dəqiqəliyə ayrılıb arxı açardı, nə olardı ki?"
MilliYol.Az
Digər xəbərlər
loading...