Qızıl bazarında yeni fırıldağa əl atanlar var.
Qızıl boyunbağı və qolbaqların ilgəyində tərkibi şüşədən ibarət olan daşlar yerləşdirilir.
Bu da zinət əşyasının çəkisinin ağır gəlməsinə səbəb olur. Qızıl alverindəki bu yeni fırıldaqla demək olar ki, bütün bazarlarda qarşılaşmaq olar.
Satıcılar Xəzər TV-yə bildiriblər ki, belə ilgəklər 2018-ci ildən sonra istehsal edilən, əsasən də "14K” adlandırılan zinət əşyalarında olur: "Hazırda satışdakı hər 3 zinət əşyasından birində bu cür əlavələri görmək mümkündür”.
Təqribi olaraq 1 kiloqramlıq qızıl-zinət əşyasında 20 qram şüşə satılır. Hazırda qızılın 1 qramının 82 manat olduğunu nəzərə alsaq, ümumilikdə, 10 kiloqramlıq zinət əşyasından 16 min 400 manat əlavə haqsız qazanc əldə edilir.
Alıcılar da qeyd ediblər ki, bu ilgək heç bir işə yaramadığı halda, zinət əşyası alarkən həmin şüşəyə də qızıl qiymətində pul ödəməli olurlar.
Satıcılar qeyd ediblər ki, zinət əşyalarındakı bu şüşəyə görə indiyədək heç bir alıcı narazılıq bildirməyib.
Digər xəbərlər
loading...