Azərbaycan neft hasilatını əlavə olaraq azalda bilər. APA xəbər verir ki, bunu RİA "Novosti" agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Əgər OPEC və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bilirsiniz ki, biz sutkalıq hasilatın 35 min barel azaldılmasına dair öhdəlik götürmüşük. Biz bu öhdəliyi yerinə yetirəcəyik. Prosesə artıq başlanılıb. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Əgər əlavə olaraq hasilatın azaldılmasına dair qərar qəbul olunarsa, təbii ki, biz bu qərarı dəstəkləyəcəyik. Hesab edirəm ki, bu prosesdə bütün ölkələr həmrəy olmalıdır", - deyə prezident bildirib.
Hasilatın azaldılmasına dair qəbul olunan qərarın müddətinin uzadılmasına dair suala prezident bu cür cavab verib: "Bu qərar hazırkı qərarın icra olunması ilə bağlıdır. Əgər qiymətlər stabilləşərsə, necə ki indi bu prosesi müşahidə edirik, fikrimcə, əlavə olaraq hasilatın azaldılmasına ehtiyac qalmayacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...