Oktyabrın 7-i səhər saatlarından etibarən HƏMAS-ın yüzlərlə döyüşçüsü İsrailə daxil olmağı bacarıb. "Əqsa tufanı" adı verilən əməliyyatla fələstinli silahlılar İsrail ərazisində bir neçə hərbi obyekt ələ keçirərək ölkə boyu silahlı qarşıdurmlara girib.
Həm İsrail, həm də dünya ölkələrində böyük təəccüblə qarşılanan bu əməliyyatın təşkilatçısının kimliyi üzə çıxıb.
Belə ki, İsrail ərazisinə daxilolma planının memarı HƏMAS-ın hərbi qanadı olan "İzəddin əl-Qəssam" briqadasının lideri Məhəmməd Dəifdir. Kod adı "Müsafir" olan bu qruplaşma lideri İsrail ordusunun ölüm siyahısında birinci yerdə qərarlaşıb.
Bildirilir ki, Məhəmməd Dəif bu günə kimi İsrail ordusunun bir neçə hücumundan sağ çıxmağı bacarıb. 1965-ci ildə Qəzzada Xan Yunus qaçqın düşərgəsində doğulduğu deyilən "Müsafir"in əsl adı Məhəmməd Diab İbrahim əl-Məsridir.
1980-ci illərin sonunda HƏMAS yaradılarkən ona qoşulan Dəif 2002-ci ildə silahlı qruplaşmanın qurucularından biri Salah Şəhadanın öldürülməsindən sonra hərbi qanadının rəhbəri olub. O, Qəzzanın altında hörümçək toru kimi yayılan tunelləri layihələndirən şəxs kimi də tanınır.//baku.ws