Yeni il gecəsi “Reina”da terror törədən Əbdülqədir Maşaripov barədə daha bir maraqlı detal üzə çıxıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçunun azərbaycanlıların da yer aldığı İŞİD düşərgəsində təlim keçdiyi məlum olub. Belə ki, İŞİD Əfqanıstanda uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlılar üçün “xüsusi birlik” yaradıb. Bildirilir ki, Ə.Maşaripov da bu düşərgədə xüsusi təlimlər aldıqdan sonra Türkiyəyə göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...