İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib.
MilliYol.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.
İsrailin Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, “Sanxanim” 35-ci hava-desant briqadası Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən yaşayış bölgələrini, o cümlədən Sderot şəhərini terrorçulardan təmizləyir.
Bildirilib ki, əməliyyatda briqada komandiri polkovnik Ami Biton, onun müavini polkovnik-leytenant Qidi Eliast və 890-cı “Efe” paraşüt-desant taborunun komandiri polkovnik-leytenant Dor Menşaiuf da birbaşa iştirak edir.
Məlumata görə, sərhədyanı ərazilərin terrorçulardan azad edilməsinə ehtiyatda olan 98-ci “A-Eş” hava-desant diviziyasının döyüşçüləri də cəlb olunub.