Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı qərəzli, subyektiv, bəzənsə aşkar düşmənçilik mövqeyi ilk baxışdan paradoksal, məntiqdən və diplomatiyadan kənar görünsə də, səbəbləri var. Həmin səbəblərin arasında erməni əsilli qadın da yer alır.
Bu qadın Astrid Panosyan-Buvedir. Atası erməni, anası norveçli olan 52 yaşlı bu qadın Parisdəki Ali Kommersiya Məktəbində (L'École des hautes études commerciales de Paris, HEC), Siyasi Tədqiqatlar İnstitutunda (L'Institut d'études politiques, Sciences Po) və Kennedi adına Harvard Dövlət İdarəetmə Məktəbində (Harvard Kennedy School of Government) təhsil alıb.
"Sciens Ro"da oxuyarkən o, Fransanın gələcək baş naziri Eduard Filipplə tanış olmuşdu.
1994-1997-ci illərdə Astrid Panosyan "AT Kearney" şirkətində müşavir, 1998-2001-ci illərdə strategiya departamentininr rəhbəri, daah sonra isə "Axa GIE" korporasiyasında şöbə müdiri işləyib.
2002-2015-ci illərdə Fransanın ən nüfuzlu şirkətlərindən sayılan "Groupama"da işləmiş A.Panosyan sonradan bu şirkətin baş direktoru təyin edilib.
2015-2021-ci illərdə isə o, "Unibail-Rodamco" holdinqinin baş direktoru olub.
Siyasi karyeraya gəldikdə, Fransa Sosialist Partiyasının aktiv funksiorlərindən olmuş Astrid Panosyan 2001-ci ildə Parisin 9-cu prefekturasından bələdiyyə müşaviri seçilir.
Lakin sosialistlərin kursu və strategiyasını bəyənməyən A.Panosyan 2007-ci ildə Fransua Bayrunun düşərgəsinə keçir, onu həmin il keçirilmiş prezident seçkilərində dəstəkləyir.
Daha sonra isə A.Panosyan Parisdəki telekanallardan birinin studiyasında Emmanuel Makronla tanış olur. Tanışlıq tərəfdaşlığa çevrilir və sonucda A.Panosyan Fransa siyasətində aktiv fiqurlardan birinə çevriləcək Emmanuel Makronla "En Marche!" hərəkatını təsis edir.
E.Makron iqttisadiyyat naziri təyin ediləndə isə o, Astridi özünə müşavir edir.
Və erməni Astrid Panosyan təbii ki, mənsub olduğu etnosun Fransadakı diaspor təşkilatlarının maraqlarını unuda bilməzdi.
Parisdəki taksi servislərinin bir neçəsinin erməni iş adamlarına məxsus olması həmin illərdə biznes müstəvisində ermənilərlə digər şirkət sahibləri arasında qarşıdurma yaratmışdı.
Parisdəki erməni icmasının fəal rəhbərləri arasında Manvel Sukiasyan və Pyer Atanyan "Uber" taksi servisinin Fransadakı bölməsinin səhmdarları arasında olduğundan Astrid Panosyan "Uber"in yerli "lobbiçi"lərindən birinə çevrilir.
Məsələn, fransız taksi şirkətlərinin "Uber"lə rəqabət qarşıdurmasının pik həddə çatdığı zaman A.Panosyan iqtisadiyyat naziri E.Makronla "Uber" arasındakı məxfi danışıqlarda iştirak etmişdi.
Panosyan məhz erməni diasporunun maraqlarını müdafiə edirdi.
2016-cı ildə "En Marche!" hərəkatı təsis ediləndə A.Panosyan daha da aktivləşir.
Fransadakı erməni diaspor təşkilatlarının rəhbərləri ilə Parisin Sen-Jermen səmtindəki otellərdən birindəki müzakirələrin nəticəsi olaraq A.Panosyan prezidentliyə namizədl E.Makronun təbliğat-təşviqat kampaniyasına qatılır. Beləcə, A.Panosyan prezidentliyə namizəd E.Makronun səhiyyə məsələləri üzrə müşavirinə çevrilir.
2017-c ilin avqustun 17-dən noyabrın 18-dək isə A.Panosyan "La République en Marche" partiyasının rəhbərliyində yer alır, Arno Lerua və Bariza Hiari ilə birlikdə həmsədr qismində sözügedən partiyanı idarə edir.
2022-ci ildəki parlament seçkilərində "Ensemble" koalisiyasını təmsil edən A.Panosyanı Eduard Filipp, Bruno le Mer, Jeralj Darmanen, Ameli Udea-Kaster və Qabriel Attal kimi tanınmış fransız siyasətçilər dəstəkləyirlər.
Dəstək təsadüfi deyildi: həmin siyasətçilərin istisnasız olaraq, hamısı Fransadakı erməni diasporunun maliyyələşdirdiyi fiqurlar arasındadır.
Belə ki, Fransadakı erməni icmasının ən böyük strukturları olan Fransa Erməni Tədqiqatları Mərkəzi, Erməni Məsələsi Komitəsi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun Fransa Bürosu, Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF), Ümumerməni Xeyriyyə İttifaqı (AGBU), Fransa Erməni Gənclər Hərəkatı, "Ramkavar-Azatakan" partiyasının Fransa bürosu, Fransa Erməni Tibb İttifaqı (Union medical Armenienne de France), Fransa Erməni Peşə Birliyi (Le groupement Interprofessionnel Arme-nien), Fransa Erməni Təşkilatları Forumu və daha 11 struktur Fransanın parlamentində, habelə Yelisey Sarayında onlarla siyasətçini, naziri və məmuru faktiki olaraq, satın alıb.
Fransadakı ermənilərin təqribən 300 təşkilatı siyasi təsir elementləri baxımından ciddi imkanlara malikdir: məhz yerli erməni icmasının 261 min nəfərdən artıq seçicisi bu və ya digər fransız siyasətçinin karyerasına çox ciddi elektroral təzyiq rıçaqlarına sahibdir.
Bu səbəbdən Fransada siyasətçilər və nazirlərin total əksəriyyəti yerli erməni icması ilə "xoş, səmimi münasibətlər" qurmağa çalışırlar. Onlar anlayırlar ki, bələdiyyə seçkilərindən tutmuş, prezident seçkilərinədək bütün səviyyələrdəki səsvermə prosesində yerli erməni icmasının mənsublarının səsi önəmlidir.
Emmanuel Makronun, habelə fransalı nazirlərin, senatorların, deputatların "erməni sevgisi"nin səbəbləri merkantildir: onlar yerli erməni icmasının siyasi-ictimai dəstəyini itirməməyə çalışırlar.
Fransa Milli Assambleyasındakı (ölkə parlamenti) "İntibah” qrupunun üzvü olan A.Panosyan-Buvenin müsahibələrinin, bəyanatlarının və çıxışlarının leytmotivini Parisin ermənilərə sürəkli, fasiləsiz və aktiv dəstək verməsinin «labüdlüyü və vacibliyi ilə bağlı məsələlər» təşkil edir.
Digər məqam isə Astrid Panosyan-Buevnin mərhum əri Loran Buve ilə bağlıdır. Fransanın məşhur filosoflarından, siyasi şərhçilərindən, siyasətçilərindən biri olmuş professor Lorani Buve həm də PR, siyasi təbliğat və təşviqat, habelə seçki və lobbinq texnologiyaları üzrə nüfuzlu peşəkarlardan biri idi.
Erməni Panosyan ərindən aldığı bilgilərdən, həmçinin mərhum Loran Buvenin əlaqələrindən öz merkantil məqsədləri üçün hər fürsətdə istifadə edir.
Emmanuel Makronun yaxın ətrafındakı şəxslərin "lobbiçilik, siyasi kommunikasiyalar və PR üzrə mütəxəssis” adlandırdıqları Astrid Panosyan hazırda Fransada erməni lobbisinin ən fəal nümayəndələrindən biridir.
Fransa parlamentinin iki palatasında Ermənistanın və ermənilərin lehinə müzakirələrin, aşkar ermənipərəst sənədlərin, qətnamələrin və qərarların qəbulunun, fransalı deputatların və senatorların Ermənistana sürəkli, intensiv səfərləri -ən əsası isə Yelisey Sarayının ifrat ermənipərəst mövqe tutmasının arxasında Parisin geosiyasi maraqları ilə yanaşı, Panosyan kimi ermənilərin fəaliyyəti də durur.
Hazırda o, Emmanuel Makronun ən çox inandığı və etibar etdiyi şəxslərdən biridir.
Eyni zamanda, Astrid Panosyan həm də Parisdəki erməni təşkilatlarının üç kölgə xəzinədarından biri funksiyasını yerinə yetirməkdədir.
Mənbə: Trend.az
Digər xəbərlər
loading...