Güney Azərbaycandan olan hüququ müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
MilliYol.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsindən bildirilib.
Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.
Məlumata görə, namizədlər Nərgiz Məhəmmədinin adı birinci yerdədir.
İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib.
O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb.
Əfqanıstandan olan jurnalist və qadın hüquq müdafiəçisi Məhbuba Seracın adı ikinci yerdədir. O, 26 illik sürgündən sonra 2003-cü ildə Əfqanıstana qayıdıb və hazırda orada yaşayır. O, uşaqların sağlamlığı, təhsili uğrunda mübarizə aparır, korrupsiyaya və məişət zorakılığına qarşı mücadilə edir.
Xatırladaq ki, 2003-cü ildə güney azərbaycanlı Şirin İbadiyə Nobel Sülh mükafatı verilib. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə layiq görülüb.