"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
MilliYol.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.
"Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.
İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
H qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde"yə qalib gəlib - 2:0. Altı xala malik olan Leverkuzen klubu qolların nisbətində "Qarabağ"ı üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hakken"in isə xalı yoxdur.
Avropa Liqası
Qrup mərhələsi
H qrupu, II tur
5 oktyabr
Hakken (İsveç) - Qarabağ (Azərbaycan) 1:0
Qol: Juninyo, 70.
0Hakken: 26. Peter Abrahamson, 13. Simon Sandberq, 3. Yohan Hammar, 4. Ayham Usu, 21. Tomas Totland, 18. Mikkel Riqaard, 11. Samuel Qustafson (k), 14. Simon Qustafson, 24. Amor Layuni, 17. Eduard Çilufya, 23. Mamadu Sonko.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 5. Even Hovland, 8. Abdulrazaq İshaq, 10. Ali Yussef, 15. Kadir Hodziç, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 22. Tobias Sana, 25. Abdulaye Faye, 27. Romeo Amane, 39. İsak Brusberq.
Baş məşqçi: Per Matias Hoqmo.
Qarabağ: 99. Andre Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 77. Yassin Benzya, 10. Abdullah Zubir, 18. Juninyo Olavio, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. "Ullevi” stadionu.