İçərişəhərdə "Aşurxan Sarayı” universal tarixi kompleksinin rəmzi daşının qoyulması mərasimi olub...
İqor Aşurbəylinin məqsədi ailəsinin tarixinin təqdim olunacağı qeyri-adi kompleks yaratmaqdır.
Azərbaycanın paytaxtı İçərişəhərin tarixi hissəsində büdcəsi 30 milyon avro olan "Aşurxan Sarayı” universal tarixi kompleksinin təməlqoyma mərasimi keçirilib. Kompleks Bakı neft sənayeçisi və xeyriyyəçi Hacı İbrahim Əjdər bər Aşurbəyova məxsus evdə tikiləcək.
Bu kompleksin ideyası uzun illər əvvəl Aşurbəylilər nəslindən olan rus alimi, milyarder, unikal kosmik dövlət "Asgardiya”nın yaradıcısı İqor Aşurbəyli tərəfindən irəli sürülüb.
Alim "Sputnik Azərbaycan”a bildirib ki, 25 yaşında Rusiyaya köçsə də, vətəni ilə əlaqəni heç vaxt kəsməyib.
"Tez-tez bura gəlməyə çalışırdım, amma indi vaxtımın çoxunu Bakıda keçirirəm”, deyə İqor Aşurbəyli "Sputnik Azərbaycan”la söhbəti zamanı bildirib.
Alim qeyd edib ki, bu yaxınlarda onun layihəsi "İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təsdiqlənib və artıq təmir işlərinə başlanılıb.
İqor Aşurbəylinin sözlərinə görə, layihənin birinci mərhələsində müvafiq əmlakın alınması, ikinci mərhələdə isə kompleksin layihələndirilməsi lazım idi. Bütün bu işlər artıq başa çatıb və hazırda Azərbaycanın dövlət orqanlarında təsdiqlənmə işləri aparılır.
Aşurbəylinin məqsədi Bakının tarixi hissəsinin tam mərkəzində şəhərin bütün tarixi dövrlərdəki tarixini əks etdirən universal kompleks yaratmaqdır. Ümumilikdə kompleks Zərdüştilik, İslamın yaranması, Azərbaycan paytaxtı Rusiya imperiyasının və daha sonra SSRİ-nin tərkibinə keçməsi, nəhayət, müstəqil Azərbaycanın dövrlərini əhatə edəcək.
"Bu kompleksdə ölkənin tarixi fonunda 1743-cü ildən başlayaraq Aşurbəyovlar ailəsinin tarixini əks etdirən ev-muzeyi yaradılacaq.Mənim əcdadım məhz bu il İrandan Azərbaycana gəlib və burada yaşamağa başlayıb. Bu andan mənim nəslimin tarixi Azərbaycandan başlayır. Burada ailəmlə bağlı əşyalar, eləcə də Azərbaycan muzeylərinin bizə təqdim edəcəyi digər eksponatlar nümayiş etdiriləcək”, deyə Aşurbəyli bildirib.
Kompleksdə butik otel, həmçinin mühazirələr və xüsusi tədbirlərin keçiriləcəyi tədbir zalı da fəaliyyət göstərəcək. Layihə təxminən 30 milyon avro və iki ildən çox vaxt tələb edəcək.
MilliYol.az
Digər xəbərlər
loading...