Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə Davit Babayan, Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib.
MilliYol.az xəbər verir ki, bunu bu gün Şəhidlər Xiyabanında Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
"Onlardan biri artıq həbsədədir və barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaq", -deyə K.Əliyev əlavə edib.
Qeyd edək ki, Davit Babayan artıq həbs olunaraq, Bakıya gətirilib.
Digər xəbərlər
loading...