Azərbaycan polisi Xankəndi küçələrində ictimai asayişi qoruyur.
MilliYol.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Kadrlardan görünür ki, Azərbaycan polisi artıq Xankəndi şəhərində xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.
Xatırladaq ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Qondarma rejimin qondarma "başçısı" Samvel Şahramanyanın "sərəncamında" qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə olunan razılaşmaya əsasən, Qarabağ sakinlərinin, o cümlədən, tərksilah olan hərbi qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur və "Dağlıq Qarabağ Konstitusiyası"nın 93-cü maddəsini rəhbər tutaraq aşağıdakılar qərara alınır:
1. 1 yanvar 2024-cü il tarixindən "Artsax Respublikası"nın tabeçiliyində olan bütün dövlət müəssisələri və təşkilatları buraxılsın və "respublika" öz mövcudluğunu dayandırsın.
2. Qarabağ əhalisi, o cümlədən "respublika"dan kənarda olan sakinlər hazırki gələcəkdə Qarabağda yaşamaq (qayıtmaq) imkanları barədə sərbəst və fərdi qərar qəbul etmək məqsədilə "sərəncam" qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun.