Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yaxınları Baku TV-yə danışıblar.
29 yaşlı şəhidin nənəsinin sözlərinə görə, nəvəsi evini təmir etdirirmiş, noyabrın 12-də isə toyu olacaqmış.
"Balam bizi yox, Vətənini seçdi. Gecə saat 2-də getdi, səhər saat 10-da xəbəri çıxdı”, - o söyləyib.
Şəhidlik arzusunda olan Asimin anası isə övladının vətən sevgisindən bəhs edib:
"Balaca olanda ona vətənpərvərliklə bağlı şeirlər öyrədirdim. Asimə oyuncaq silah almışdıq. Deyirdi ki, bununla erməniləri öldürəcəyəm”.
Ətraflı süjetdə:
Digər xəbərlər
loading...