İmamverdi Cəfərov: “Bundan sonrası ağsaqqalığa deyil, qanunlara qalıb”
Kəlbəcərdən olan Bayramov Əli Aslan oğlu Kəlbəcərin icra başçısı Aqil Məmmədov və rayonun deputatı haqqında böhtan və şantaj dolu iddialarla bəzi saytların gündəminə düşüb.
Xatırladaq ki, Ə. Bayramov guya DSMF Kəlbəcər rayon şöbəsində vaxtilə aparıcı məsləhətçi işləyən oğlunu müdir təyin etdirmək üçün icra başçısına külli miqdarda rüşvət versə də istəyinə nail ola bilməyib, sonradan pulunu geri istəyəndə isə hədələnib.
Qeyd edək ki, Əli Bayramovun oğlu Qalib Bayramova qarşı bir qrup kəlbəcərli iddia ilə çıxış edib və onları aldadaraq xeyli sayda pullarını mənimsədiyini bildiriblər. Bu mübahisə və münaqişə bir neçə il davam edib və sonda onlar Baş Prokurorluğa müraciət etmək zorunda qalıblar və hal-hazırda onların müraciətləri baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Yayılan ittihamlarla bağlı Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov mətbuata açıqlama verərək məsələyə aydınlıq gətirib. İcra başçısı belə bir kəlbəcərlinin olmasına təəssüfləndiyini bildirib:
“Mən onu başa düşürəm və niyə təpədən dırnağadək şantaja, şər-bohtana sarılmasını anlamağa çalışıram. Çünki əslində onun başqa yolu yoxdur. Vətəndaşlara külli miqdarda borcu var və xeyli adamı aldadaraq, dələduzluq edərək pullarını mənimsəyib və elə zənn edib ki, məni, eləcə də Kəlbəcərin deputatını şərləməklə nəyəsə nail olacaq, bu yolla törətdiyi cinayətdən asanlıqla qurtula biləcək.
Cavid Qurbanov
Onun səsləndirdiyi ittihamın nə dərəcədə absurd, məntiqdən və həqiqətdən uzaq olduğunu bilmək üçün nə hesablama aparmağa ehtiyac var, nə kimdənsə nəsə soruşmağa. Mən özüm heç icra başçısı kimi ünvanıma deyilən o uydurmaları demirəm, Kəlbəcərin deputatının haqqında ağılasığmaz şər-bohtanı cəmiyyətə sırımaq qanunla məsuliyyəti bir kənara qoyaq, Allaha da xoş getməz. Yəqin törətdiyi əməllərə görə barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığından canına vəlvələ düşüb və suda boğulan saman çöpündən yapışan kimi elə zənn edir ki, bizim adımızı hallandırmaqla özünü duruluğa çıxara biləcək.
Şəxsən mən onun özünü bu hərəkətlərinə görə məhkəməyə verib haqq etdiyi cəzanı almasına nail olar, insanların şərəf və ləyaqətinə sataşmağın, şər, böhtanın, şantajın cəzasının nə olduğunu ona sübut edə də bilərdim. Amma bunu etmirəm və əminəm ki, gec də olsa peşmançılıq çəkdiyini etiraf edəcək. Çünki ağılı başında olan bir adam belə yol tutmaz və bu xəstəliyə mübtəla olduğuna görə Allahdan ona şəfa diləyirəm”.
Qeyd edək ki, Kəlbəcərdən olan bir qrup tanınmış adam da “Kəlbəcər Ziyalılar Cəmiyyəti”nin sədri İmamverdi Cəfərova müraciət edərək həmin şikayətçi ilə görüşməsini və rayonun adının bu cür xoşagəlməz olaylarda hallandırılmasının yolverilməz olduğunu həmin şantajçının diqqətinə çatdırmağı xahiş ediblər.
İmamverdi Cəfərov mətbuata açıqlamasında bildirib ki, doğrudan da əvvəllər tanımadığı və heç zaman üzünü görmədiyi həmin şikayətçi ilə görüşüb və ona məsləhət vermək istəyib ki, bu cür davranış hər şeydən öncə kəlbəcərliliyə yaraşmaz və Azərbaycanda hamı kəlbəcərliləri mərd, xeyirxah adamlar kimi tanıyır, ona görə də gəl bu daşı ətəyindən tök və camaatı şantaj etmə. O da bu məsləhətləri dinləsə də sonradan gedib yenidən guya ölümlə hədələndiyini deyərək daha böyük qəbahətə yol verib:
“Bir qrup kəlbəcərli ziyalı mənə müraciət edərək o adamla görüşməyimi xahiş edib. Mən də ona zəng edərək özümü təqdim edəndə cavab verib ki, məni yaxşı tanıyır və hər zaman mənə, mənsub olduğum nəsilə hörmətlə yanaşıb. Bundan sonra onunla görüşmüşəm və söhbət əsnasında ona bildirmişəm ki, törətdiyin əməllər Kəlbəcər camaatı içərisində qəzəblə qarşılanıb və vətəndaşlardan aldığın pulu geri qaytarmamaq bir yana, indi də şantaj yolu tutmağın sənə qarşı camaatının nifrətini daha da gücləndirib. Mən onunla söhbət əsnasında Cavid Qurbanovun adını çəkməmişəm və ona kiminsə adından deyil, öz adımdan məsləhət vermişəm. Sadəcə demişəm ki, Kəlbəcərin deputatı haqqında bu cür fikirlər yaymaq həm cinayət məsuliyyəti yaradır, həm də günahdır. Təəssüf edirəm ki, o mənim bu fikirlərimi hədə kimi yozub və şantajını davam etdirib. Mən bir kəlbəcərli kimi üzərimə düşənləri etməyə çalışdım və onun haqq yola dönməsini istədim. Amma o başqa yol tutdu. Bundan sonrası ağsaqqalığa deyil, qanunlara qalıb. Qoy qanunlar onun haqq, yoxsa nahaq yolda olduğunu müəyyənləşdirsin”.
MilliYol.Az
Digər xəbərlər
loading...