SOCAR-ın yanacaqla dolu daha 2 avtomobili Xankəndiyə yola düşüb.
APA xəbər verir ki, yanacaqla dolu avtomobillər Xankəndiyə hərəkət edir.
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.
Qeyd edək ki, bundan öncə də Xankəndiyə SOCAR-ın maşınları ilə 64 ton yanacaq göndərilib.
Digər xəbərlər
loading...