Salyanda şəhid olduğu barədə xəbəri gələn yaralı hərbçinin döyüş bölgəsində tapıldığı anların görünütləri yayılıb.
Azpost.info bildirir ki, görüntüləri hüquq müdafiəçisi Emil Məmmədov paylaşıb.
Görüntülərdə 3 günlük axtrışlardan sonra tapılmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayevin ərazidən təxliyyəsi əks olunub.
Qeyd edək ki, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev 3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.
Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.
Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atasıdır.
Digər xəbərlər
loading...