Azərbaycan 2024-cü ildə dövlət büdcəsinin 2 590 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
MilliYol.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borclanma 1 854,4 milyon manat nəzərdə tutulur ki, bü da kəsrin 71,6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 448 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 105 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı hesabına 182,6 milyon manat (həmin Fondun kəsirinin bağlanması daxilində) olmaqla maliyyələşdirilməsi planlaşdırılır.
Digər xəbərlər
loading...