Sentyabrın 13-də Moldovadan qovulan Rusiyanın "Sputnik Moldova" xəbər agentliyinin rəhbəri Vitali Denisovun Rusiya ordusunun zabiti olduğu güman edilir.
Bu iddia ilə "The Insider" nəşri çıxış edib.
“Denisov jurnalistika ilə kifayət qədər kənar əlaqəyə malikdir və güman edilir ki, Sovet İttifaqının maraqlarına uyğun olaraq xarici auditoriyaya məlumat yeritmək və dezinformasiya ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzinin (Tr. 54777) kadr zabiti olub", - nəşr bildirib.
Araşdırmalara görə, Denisov keçmiş Ukrayna SSR-in Zakarpat vilayətində anadan olub, sovet hakimiyyəti illərində Lvovda Ali Hərbi-Siyasi Məktəbdə təhsil alıb (sonralar onun bazasında Ukrayna Quru Qoşunları Akademiyası yaradılıb).
1992-ci ildə Moskvaya köçüb və Müdafiə Nazirliyinin əsas mətbu orqanı olan “Krasnaya Zvezda” qəzetinin əməkdaşı işləyib. 2005-ci ildə Müdafiə Nazirliyindən mənzil alıb, 2013-cü ildən isə Moskva vilayətinin Baş İstintaq İdarəsində işləyib.
“The Insider”in Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, Denisov İstintaq Komitəsindən, xüsusən də xarici auditoriyaya yalan məlumatların yayılması ilə məşğul olan 72-ci Xüsusi Xidmət Mərkəzində işləyin.
2016-cı ildə Denisova polkovnik rütbəsi verildiyi güman edilir. 2019-cu ildən "Sputnik"in separatçı Cənubi Osetiyadakı, sonra Azərbaycandakı, 2022-ci ildən isə Moldovadakı büorsuna rəhbərlik edib.//Modern.az