Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Eyvazov Şaban Hümmət oğlu Respublika Reabilitasiya Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
O, daha kiçik vəzifəyə - Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Əldə etdiyimiz məlumata görə, Şaban Eyvazovun vəzifəsindən azad olunmasının səbəbi aparılan yoxlama zamanı Respublika Reabilitasiya Mərkəzinin fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub.