Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Ağdam-Xankəndi yolu ilə gedərək Xankəndiyə çatıb.
“Report”un verdiyi xəbərə görə, avtomobilin içərisində olan ərzaqlar Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Digər xəbərlər
loading...