“Rodrigez” soyadı ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Timur Kərimov 16 illik evliliyinə son qoyub.
Bizim.Media xəbər verir ki, 43 yaşlı Timur həyat yoldaşı Anna Devoçkindən rəsmi şəkildə boşandığını açıqlayıb.
“Anya ilə mən artıq birlikdə deyilik. Ancaq biz həmişə övladlarımızı dəlicəsinə sevən valideynlər olaraq qalacağıq. Şayiələrin qarşısını almaq üçün bu barədə rəsmi məlumat verirəm. Bu haqda şərh verməyi planlaşdırmırıq”, - deyə T.Kərimov vurğulayıb.
Qeyd edək ki, Timur və Anna 2007-ci ildə ailə qurub. Cütlüyün iki övladı var.
Fotolar
Digər xəbərlər
loading...