"Qarabağ"ın baş meneceri Asif Əsgərov yeni vəzifəyə təyin olunub.
MilliYol.az-ın məlumatına görə, Berlində Avropa Klublar Birliyinin (European Club Association) Baş Assambleyası keçirilib.
Qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzvlərin seçimi baş tutub. "Qarabağ"ın baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti dörd ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, Əsgərov beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı ünvanına yiyələnib.
Asif Əsgərov 2017-ci ildən ECA işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub. 2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır.
ECA-nın rəhbəri PSJ-nin prezidenti Nasser Əl Xələfidir.