• Xəbər lentİ
Fləş

Bakıda qadınların "ürəyinə" yol tapan Elman Eminov kimdir? (VİDEO)

16:52 / 02.10.2023

Fərhad Babayev vəfat etdi

17:44 / 02.10.2023

Yaxın vaxtlarda “Bayraktar Akınçı" PUA-ları Azərbaycana təhvil veriləcək

17:24 / 02.10.2023

Bakıda qadınların "ürəyinə" yol tapan Elman Eminov kimdir? (VİDEO)

16:52 / 02.10.2023

Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər açıqlandı

16:27 / 02.10.2023

Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif edildi  

16:10 / 02.10.2023

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:51 / 02.10.2023

MN: "Azərbaycan Ordusu Ermənistanın hərbi avtomobilinə atəş açmayıb"

15:05 / 02.10.2023

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

14:51 / 02.10.2023

İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

14:35 / 02.10.2023

Xocavənddə 4 körpüyə birləşdirilən yüksək partlayış gücünə malik qurğular aşkarlandı (FOTO)

14:25 / 02.10.2023

Emin Əmrullayevdən yeni təyinat

13:49 / 02.10.2023

Bu universitetin prorektoru işdən çıxarıldı

12:48 / 02.10.2023

Prezident Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib (FOTO/YENİLƏNİB)

11:45 / 02.10.2023

İlham Əliyev: "Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib"  

11:32 / 02.10.2023

Pensiyalarla bağlı sevindirici xəbər - Artım bu qədər olacaq

11:15 / 02.10.2023

İlham Əliyev: "Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik"

10:53 / 02.10.2023

Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

10:45 / 02.10.2023

Xaçaturyanın məhkəməsi başlayır - 59 nəfər zərərçəkmiş var

10:13 / 02.10.2023

Vardanyanın milyardlıq mülkləri...

09:50 / 02.10.2023

Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

09:02 / 02.10.2023

Xocalı aeroportunda Ermənistanın və qondarma rejimin “bayraqları” endirildi (VİDEO)

09:00 / 02.10.2023

Azərbaycan səfirliyinə hücum edən terrorçu edam ediləcək (FOTO)

08:50 / 02.10.2023

Səfir Fransa TV-sində ermənilərə cavab verdi: "Azərbaycanı ittiham edə bilməzsiniz"

13:47 / 01.10.2023

Ankarada partlayış və terrorçularla qarşıdurma anları - ANBAAN GÖRÜNTÜLƏR

13:01 / 01.10.2023

Şəhid Vüsal Orucov Qusarda dəfn olundu (FOTOLAR)

12:10 / 01.10.2023

Vüqar Qaradağlı oğluna toy etdi (VİDEO)

11:54 / 01.10.2023

Türkiyə DİN-in binasına terror hücumu: Biri özünü partlatdı, digəri zərərsizləşdirildi (VİDEO)

11:29 / 01.10.2023

Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib

11:11 / 01.10.2023

İlon Mask Bakıda keçiriləcək Konqresdə çıxış edəcək

11:03 / 01.10.2023

Kamran Əliyev axtarışda olan ermənilərə müraciət etdi: "Könüllü təslim olun"

10:58 / 01.10.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 02 Oktyabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Rusiya milyarderlərinin müharibədə varlanmasının sirri

09:19 07.09.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qərbin 5 minə qədər sanksiyası ilə üzləşən Rusiyanın milyarder vətəndaşları 2022-ci ilin yekununda böyük dividentlər əldə ediblər. Məsələn, “Nornikel”in rəhbəri Vladimir Potanin 2,2 milyard dollar, ondan sonra gələn 4 iş adamı (“FosAqro”nun sahibi Andrey Quryev, “Novatek” rəhbəri və həmsahibi Leonid Mixelson, “Novatek” və “Sibur”un səhmdarı Gennadi Timçenko və “LUKoyl”un həmsahibi Vahid Ələkbərov) isə 900 milyon-1,1 milyard dollar arası divident əldə ediblər. İlk beşlikdəki milyarderlərin divident gəlirləri ümumilikdə 6,2 milyard dollar təşkil edib. Bu ilin yanvar-iyununda isə onlar 4,1 milyard dollar divident gəliri əldə ediblər. Bunun 2,3 milyard dolları Vahid Ələkbərovundur. Bu pullar Rusiyanın böyük şirkətlərinin enerjidaşıyıcılarının qiymət bahalaşması nəticəsində külli miqdarda qazanc əldə etməsi sayəsində daxil olub. Ötən il "Novatek" və "LUKkoyl" rekord həcmdə gəlir əldə edərək, səhmdarlara rekord həcmdə divident ödəyiblər.

Ötən ilin yekununda "Forbes" 6 yeni Rusiya iş adamını milyarderlər siyahısına daxil edib: Andrey Krivenko 2.1 milyard dollar, Denis Ştengelov 1,3 milyard dollar, Seyfəddin Rüstəmov 1,3 milyard dollar, Pavel Qolubkov 1,1 milyard dollar, Dmitri Nikolayev 1,1 milyard dollar, İvan Sreşinski 1 milyard dollar.

“Bloomberg”in avqust hesabatına görə, ilin əvvəlindən Rusiya milyarderlərinin ümumi varidatı 32 milyard dollar artıb. Agentliyin 500 nəfərlik “Billionaires İndex” siyahısına Rusiyadan 22 şəxs daxil edilib. Bu il ərzində varidatını ən çox artıran Vahid Ələkbərovdur. Onun sərvəti ilin əvvəlindən 5,91 milyard dollar artmaqla 21,3 milyard dollara çatıb.

Novolipetsk Metallurgiya Kombinatının əsas səhmdarı Vladimir Lısinin sərvətində 4,98 milyard dollarlıq artım olub, 24,8 milyard dollara çatıb.

Leonid Mixelson varidatını 2,73 milyard dollar artıraraq 27,4 milyard dollara çatdırmağa nail olub. “Lukoyl”un digər sahibi Leonid Fedunun sərvətində 2,35 milyard dollar artım qeydə alınıb, 8,22 milyard dollar olub.

Gennadi Timçenko isə 2,27 milyard dollar qazanmaqla sərvətinin həcmini 14,1 milyard dollara qədər artırıb.

Hazırda Rusiyanın ən varlı adamı 29,8 milyard dollarla Vladimir Potanindir. Lakin o, ilin əvvəlindən 185 milyon dollar itirib. Rusiya milyarderləri arasında ən çox itkiyə Dağıstandan senator olan Süleyman Kərimov məruz qalıb - 525 milyon dollar. Roman Abramoviç 308 milyon dollar, mineral gübrələr istehsalçısı “Akron” qrupun əsas səhmdarı Vyaçeslav Kantor isə 243 milyon dollar itirib.

"Forbes"ə görə, 2022-ci ildə milyarderlərin daha da varlanması, yeni milyarderlərin yaranması ilk növbədə rublun məzənnəsinin möhkəmlənməsi ilə bağlıdır. Belə ki, 2021-ci ilin sonunda 1 dollar 73.33 rubl idisə, 2022-ci ildə bu göstərici 66,34 rubla qədər azalıb. Nəticədə milyarderlərin xarici valyutadakı aktivlərinin yenidən qiymətləndirilməsi onun çoxalmasını şərtləndirib. Bu baxımdan, ən çox qazanan Vyaçeslav Kantor olub - 5,3 milyard dollar. İkinci yerdə olan Andrey Quryev 4,2 milyard dollar, üçüncü olan Yuri Milner 2,5 milyard dollar qazanıb.

Müharibə qlobal bazarlarda Rusiyanın ixrac etdiyi əksər məhsulların kəskin bahalaşmasına səbəb olub: neft, qaz,gübrələr, polad, alüminium, taxıl, qızıl, almaz və sair. Bu bahalaşma Rusiya şirkətlərinin gəlirini də kəskin artırıb ki, bu da onların səhmdarlarının pul kisələrinin şişməsinə gətirib çıxarıb. Məsələn, “Yevroxim”in sahibi Andrey Melniçenko 2022-ci ildə varidatını 2 dəfədən çox artırıb - 11 milyard dollardan 25 milyard dollara qədər. Nəticədə, bir müddət Rusiyanın ən varlı adamı statusunda olub.

Rusiyada varlıları daha da varlandıran digər amil ölkəni tərk edən xarici şirkətlərin bahalı aktivlərini dəyərindən bir neçə dəfə ucuz qiymətə almalarıdır. Məsələn, Vladimir Potanin Fransanın “Societe Generale” bankına məxsus “Rosbank”ı bankın kapitalının 0,2-0,3 hissəsi dəyərinə alıb.

“Shell” konserninin 411 yanacaqdoldurma məntəqəsi və Tver əyalətindəki yağ materialları istehsalı zavodunu “LUKoyl”a satılıb. Alverin dəyəri açıqlanmasa da, sonradan “Shell”in hesabatında bu əməliyyatın konsernə 83 milyon dollar zərərlə başa çatdığı qeyd edilib. 2022-ci ilin mayında “LUKoyl”un sahibi V.Ələkbərov Putinin əlindən yanacaq-energetika kompleksinə böyük əməyinə görə birinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni alıb.

ABŞ-ın “Starbucks” kafe şəbəkəsini Putinin yaxın dostu, müğənni Timati və hakim Vahid Rusiya Partiyasının Ali Şurasının üzvü, senator Arsen Kanokov alıb.

“Bloomberg”in yazdığına görə, Rusiya milyarderləri əldə etdikləri gəlirləri sanksiyalar üzündən xarici bazarlara yatıra bilmirlər. Eyni zamanda daim “pul pul gətirər” prinsipi ilə yaşayan iş adamları vəsaitləri hərəkətsiz də saxlaya bilmirlər. Buna görə də diqqətlər Rusiyanın öz şirkətlərinə yönəlib. Milyarderlər əvvəllər diqqət yetirmədikləri Rusiya şirkətlərinin səhmlərini almağa başlayıblar. Məsələn, Ələkbərov və Potanin “Yandeks”dən pay almaq üçün danışıqlar aparırlar. Potanin ötən il “Societe Generale”dən “Rosbank”ı, Oleq Tinkofdan “Tinkoffbank”ı alıb.

Rusiya hakimiyyəti xarici biznesin ölkədən çıxmasının qarşısını almaq üçün qanunvericiliyə bir sıra dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən Rusiyadan getmək istəyən şirkətlər öz aktivlərini dəyərinin 50 faizindən yuxarı sata bilməzlər. Daha bir şərtə əsasən alqı-satqı müqavilələrinin dəyərinin ödənməsinə 1-2 il güzəşt müddətinin tətbiqidir. Bu müddəti gözləmək istəməyən xarici şirkət müqavilə dəyərinin 10 faizini Rusiya büdcəsinə ödəməlidir. 2022-ci ilin dekabrında qüvvəyə minən bu yeni qaydalar xarici şirkətlərin aktivlərini almaq istəyən Rusiya şirkət və iş adamlarının daha ucuz qiymət təklif etmələrinə səbəb oldu. Hətta ona qədər bağlanmış müqavilələrdən imtina halları da baş verdi. Məsələn, “Farmstandart” şirkətinin sahibi Viktor Xaritonin Avstriyanın “Mondi” şirkətinə məxsus Stıkvarsk kağız istehsalı kompleksinin alınması üzrə müqaviləni “qeyri-real yüksək qiymət” səbəbilə təsdiqləməkdən imtina etdi. Rusiya milyarderləri siyahısında 66-cı olan Xaritoninin 1,4 milyard dollarlıq varidatı var. O, yeni qaydalardan istifadə edərək “Mondi”nin aktivlərinə 2022-ci ilin avqustunda təklif etdiyindən daha aşağı ödənişə nail olmağa çalışdı. Yaxud 2022-ci ilin aprelində Kanadanın “Kinross Gold” şirkəti Rusiyadakı aktivi olan “Highland Gold” şirkətini Vladislav Sviblova satdığını elan etdi. Kanada şirkəti “Kupol” və “Dvoynoye” yataqlarından ildə 15 ton qızıl hasil edirdi. Beynəlxalq investisiya şirkətləri “Kinrossun” Rusiyadakı aktivlərini 1,5-2 milyard dollara qiymətləndirirdilər. İlk olaraq onların satış qiyməti 680 milyon dollar müəyyən edilsə də, yeni qaydalardan sonra Rusiya Qiymətli Kağızlar Komissiyası alqı-satqı müqaviləsini 340 milyon dollardan yuxarı olmayan məbləğ əsasında təsdiqləyəcəyini açıqladı.

2022-ci ilin oktyabrında Vladimir Putin V.Sviblova məxsus Bering Metals LLC şirkətinin Amur əyalətində Kiprin “Irosta Trading Limited” şirkətinə məxsus nikel-polimetal yatağını almasına icazə verdi. Hələlik Rusiya milyarderləri siyahısında olmayan Sviblovu artıq hər kəs Putinin biznes-aktivlərinin idarəçisi kimi tanıyır.

Rusiyadakı xarici aktivlərin ən iri alıcılarından biri də İvan Tavrindir. Əvvəllər mobil rabitə sahəsində çalışan Tavrin Ukraynaya hücum və sanksiyalar başlayandan sonra Rusiyadakı ən iri alqı-satqı əməliyyatlarının icraçısına çevrilib. O, xarici texnoloji şirkətlərin Rusiyadakı aktivlərini əldə etməyə 2,3 milyard dollara yaxın vəsait sərf edib. Bunun 2.1 milyard dolları Prosus NV şirkətinin gizli biznesi olan “Avito”nun alınmasına xərclənib. Halbuki “Avito”nun bazar dəyəri 6 milyard dollar həcmində qiymətləndirilirdi. Bu alqı-satqını ərzaq məhsulları ticarətini maliyyələşdirdiyinə görə Qərb tərəfindən sərt sanksiyalardan kənarda saxlanılan “Rosselxozbank” maliyyələşdirib.

Tavrin uzun müddət Rusiyanın 5-ci ən varlı adamı olan Əlişir Usmanovla işləyib. Hazırda Usmanov ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısındadır.

Beləliklə, Rusiya prezidentinə, siyasi hakimiyyətinə yaxın iş adamları ölkədən çıxmaq istəyən xarici biznesin aktivlərini dəyərindən 2-3 dəfə ucuza alırlar. Bir çox mənbələr bu prosesin bəzi hallarda məcburi xarakter daşımağa başladığını bildirirlər: gəlirli aktivlərini satmayan xarici şirkətləri müxtəlif yollarla buna məcbur edirlər. Çünki hakimiyyətə bağlı iş adamlarının, yaxud elə hakimiyyətdə yüksək vəzifə tutan məmurların həmin aktivlərə gözü düşür.

Sanksiyalar üzündən Rusiyada sıxılıb qalan milyarderlər məcburən hakimiyyətə daha da yaxınlaşmalı olurlar. Bu isə onların Ukraynadakı müharibənin maliyyələşdirilməsində iştirakına gətirib çıxarır. Belə ki, Putinin göstərişi ilə milyarderlərin demək olar ki, hamısı Ukraynadakı müharibə üçün səfərbər olunan şəxslərə maaş ödəyirlər. Rusiyanın Ukraynadakı müharibəsində döyüşən “Sokol” batalyonunun muzdlu döyüşçüsü “Vajnıe istorii” nəşrinə bildirib ki, onun əmək haqqını Müdafiə Nazirliyi ilə yanaşı “Rusal” şirkəti də ödəyir. Orduya yazılmasını da bu şirkətin əməkdaşları təşkil ediblər: onunla əmək müqaviləsi bağlanıb, daha sonra Rusiya Ordusuna qəbulla bağlı müqavilə imzalanıb. Hazırda o, həm Rusiya Müdafiə Nazirliyindən, həm də “Rusal”dan maaş alır. Muzdlu döyüşçülərə maaş ödəyən şirkətlər arasında “Qazprom”, “Novatek”, “Alfabank” da var.

Putin milyarderlər üçün müharibəni dəstəkləməkdən başqa seçim qoymur. Buna görə də bəziləri - Abramoviç, Usmanov kimi ikili vətəndaşlıq statusundan istifadə edərək xarici ölkələrdə qalır, hər hansı açıq mövqe qoymurlar. Bəziləri Rusiyada qalıb Putinin alətinə çevrilir, bəziləri isə açıq şəkildə müharibəyə qarşı çıxış edərək, Rusiya vətəndaşlığından çıxırlar. Müharibə başlayandan indiyədək 6 milyarder bu addımı atıb. Onlar arasında Oleq Tinkof, İqor Makarov və digərləri var. Onların Rusiyadakı aktivləri məcburən əllərindən alınır...

Mənbə: “Yeni Müsavat”

 


Etiket:

Digər xəbərlər

Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

02.10.2023
Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

02.10.2023
Vardanyanın milyardlıq mülkləri...

Vardanyanın milyardlıq mülkləri...

02.10.2023
Azərbaycan səfirliyinə hücum edən terrorçu edam ediləcək (FOTO)

Azərbaycan səfirliyinə hücum edən terrorçu edam ediləcək (FOTO)

02.10.2023
Pensiyalarla bağlı sevindirici xəbər - Artım bu qədər olacaq

Pensiyalarla bağlı sevindirici xəbər - Artım bu qədər olacaq

02.10.2023
Bu universitetin prorektoru işdən çıxarıldı

Bu universitetin prorektoru işdən çıxarıldı

02.10.2023
Emin Əmrullayevdən yeni təyinat

Emin Əmrullayevdən yeni təyinat

02.10.2023
Xocalı aeroportunda Ermənistanın və qondarma rejimin “bayraqları” endirildi (VİDEO)

Xocalı aeroportunda Ermənistanın və qondarma rejimin “bayraqları” endirildi (VİDEO)

02.10.2023
Bakıda qadınların

Bakıda qadınların "ürəyinə" yol tapan Elman Eminov kimdir? (VİDEO)

02.10.2023
Xaçaturyanın məhkəməsi başlayır - 59 nəfər zərərçəkmiş var

Xaçaturyanın məhkəməsi başlayır - 59 nəfər zərərçəkmiş var

02.10.2023
İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

İçərisində 5 qadının olduğu “Porsche” aşdı (VİDEO)

02.10.2023
Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

Prezident və birinci xanım ICESCO-nun Baş direktoru ilə görüşüb (YENİLƏNİB)

02.10.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

Nazir Ülkər Səttarovanı yeni yaradılan agentliyin sədri təyin etdi

02.10.2023
Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

02.10.2023
Vardanyanın milyardlıq mülkləri...

Vardanyanın milyardlıq mülkləri...

02.10.2023
Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

28.09.2023
Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

26.09.2023
Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Universitetlə

Universitetlə "tender kralı" arasında qalmaqal - 3 milyonluq manatlıq tender...

02.09.2023
Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

03.09.2023
Nasistləri edama göndərən, Tolstoyun qohumu olan azərbaycanlı - Ənvər Məmmədov kim idi?

Nasistləri edama göndərən, Tolstoyun qohumu olan azərbaycanlı - Ənvər Məmmədov kim idi?

07.09.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az