Daha bir nəfər “Muğanbank”ın rəhbərliyindən kənarlaşıb.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, idarə heyətinin sədr müavini Vüsal Göyüşov bankdan ayrılıb.
Bununla da bankın idarə heyətinin tərkibi sədrlə birgə 5 nəfərdən 4-ə enib (sədr, 2 sədr müavini və 1 üzv).
Qeyd edək ki, V.Göyüşov 2017-ci ildən bu vəzifədə çalışıb. Buna qədər isə bankın risklərin idarəedilməsi departamentinin direktoru olub.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.
Digər xəbərlər
loading...