Dünən axşam saat 20:38-də Kürdəmirdə güclü zəlzələ baş verib
Yeraltı təkanların maqnitudası 5.2 bal olub. Zəlzələ anı müxtəlif obyektlərin kameralarına düşüb
Hazırda Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən evlərə nə qədər ziyanın dəydiyi qiymətləndirilir.
Qeyd edək ki, bir neçə ay ərzində müxtəlif bölgələrdə baş verən zəlzələlər insanlarda təşviş yaradıb. Respublika Seysmoliji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bu, ehtimal edilmir, ancaq afterşokların olması gözləniləndir.
Qurban Yetirmişli əlavə edib ki, dünənki zəlzələnin ocağı dərində olduğu üçün böyük əhatə dairəsində hiss edilib.
Digər xəbərlər
loading...