Avropa Liqasının qrup mərhələsininin oyunlarının təqvimi açıqlanıb.
MilliYol.az xəbər verir ki, "Qarabağ" mübarizəyə Bakıda başlayacaq.
Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda sentyabrın 21-də (I tur) Norveçin "Molde" klubunu qəbul edəcək. Oktyabrın 5-də (II tur) səfərdə İsveç təmsilçisi "Hakken"lə üz-üzə gələcək Ağdam klunu oktyabrın 26-da (III tur) və noyabrın 9-da (IV tur) Almaniya "Bayer"i ilə münasibətlərini aydınlaşdıracaq. İlk oyun Leverkuzendə, cavab matçı Bakıda baş tuatacaq.
"Qarabağ" noyabrın 30-da (V tur) "Molde"nin qonağı olacaq. Ağdamlılar qrup mərhələsinə dekabrın 14-də (VI tur) Bakıda "Hakken"lə oyunla yekun vuracaq.
Digər xəbərlər
loading...