Fransa millisinin futbolçusu Randal Kolo Muani PSJ-yə keçib.
MilliYol.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı hücumçu PSJ-yə Almaniya "Ayntraxt" klubundan transfer olunub. 23 nömrəli formanı geyinəcək yeni transferlə 5 illik müqavilə imzalanıb.
Məlumata görə, Frankfurt təmsilçisi bu keçiddən 95 milyon avro qazanıb. Bu klub tarixində rekordu hesab olunur.
"Ayntraxt"ın bundan əvvəl satdığı ən bahalı futbolçu Luka Yoviç hesab edilirdi. Serb futbolçu 2019-cu ildə "Real Madrid"ə 63 milyona transfer edilmişdi.
Randal Kolo Muani Fransanın "Nant" və "Bulon" klublarında çıxış edib. "Ayntraxt" onu 2022-ci ildə transfer haqqı ödəmədən heyətinə qatmışdı. 24 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 46 oyunda 23 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Konqo vətəndaşlığı da olan fransalı oyunçu artıq cari mövsümdə də 4 oyuna çıxaraq, 3 qola imza atıb.
Randal Kolo Muani Fransanın aşağı yaş qrupları üzrə və olimpiya millisində çıxış edib. Ötən ildən isə əsas yığmaya dəvət alır. 24 yaşlı forvard artı A millidə 9 oyuna çıxaraq, 1 qola imza atıb. O, ötən il Qətərdə keçirilən dünya çempionatının finalçısı olub.