Şuşada Yuxarı Gövhər Ağa məscidinə imam təyin olunub.
MilliYol.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitə sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.
Onun yaxın günlərdə fəaliyyətə başlayacağı bildirilir.
Qeyd edək ki, M. Həsənli Şuşa şəhərində anadan olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.
Digər xəbərlər
loading...