Türkiyə səfirliyinin Dini İşlər Üzrə Müşavirliyi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Şəhidlər məscidində "Bütün Şəhidləri Anma, Xətm və Dua” adlı tədbir keçirilib.
Türkiyə səfirliyinin Dini İşlər Üzrə Müşaviri İhsan Açık tədbiri giriş sözüylə açaraq ikinci dəfə olaraq keçirilən və hər ayın son bazar günü keçirilməsi planlanan tədbirin əsas məqsədi şəhidlərimizə vəfa göstərmək, onları unutmamaq və unutdurmamaq olduğunu bildirib: "Quran ziyafəti təşkil edərək, xətmlər endirərək bütün şəhidlərimizə ən gözəl hədiyyə göndəririk. Rəbbim bizləri Quranı gözəl oxumağı, anlamağı və Qur`anı ən gözəl şəkildə yaşaya bilməyi bizə və nəslimizə nəsib etsin".
Daha sonra çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib: "Şəhidlər bir millətin dövlət olmaq üçün verdiyi bir bədəldir. Biz bugün bütün dünyada alnıaçıq, üzü ağ şəhidlərimizin sayəsində yaşayırıq. Şəhidlər bizim ən qiymətli sərvətimizdir. Biz şəhidlərimizdən necə yaşamağı, necə savaşmağı, vətəni necə qorumağı, Allah yolunda savaşmağı öyrəndik".
O, şəhidlərimizi yad etmək, onları anmaq, onların getdiyi yolla getmək bizim çiyinlərimizə düşən əsas vəzifə olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Qəbələ bölgə qazısı, Ceyhun Rüstəmov çıxışında deyib: "Vətən, millət bir bədəndə cəsədlə ruh kimidir. Bu baxımdan Allah Təalanın bizə məkan seçdiyi bu vətəni qorumaq, tanıtmaq, müdafiə etmək bizlərin üzərinə düşən bir borcdur. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dualarımızda, ibadətlərimizdə hər zaman onları xatırlamaq bizim həm dini, həm də vətəndaş olaraq borcumuzdur".
Torpaqlarımızın müstəqilliyi və bölünməz bütünlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən Diyanət İşləri Başqanlığının Müshəfləri İncələmə və Qiraət Şurasının üzvü Ferruh Şen, Hacı Bayram Vəli Məscidinin Baş İmamı Ahmet Karalı, Ahmet Hamdi Akseki Məscidinin İmamı Muhammed Mansur Sağır, Heydər Məscidinin İmamı Rza Rzayev tərəfindən Qurani-Kərim oxunub.
Daha sonra Hacı Bayram Vəli Məscidinin Baş İmamı Ahmet Karalı oxunan xətmlərin duasını edib, bütün şəhidlərimizə dualar edilib. Tədbirin sonunda şəhid ailələrinə Qurani-Kərim hədiyyə olunub.
Digər xəbərlər
loading...