Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə hakimlik fəaliyyətini yekunlaşdırıb.
“Qafqazinfo”nun məlumatına görə, xanım hakim yaşla bağlı təqaüdə göndərilib.
İ.Həsənzadə ötən gün sonuncu dəfə iclasa qatılaraq hökm oxuyub.
İradə Həsənzadə 7 il Xətai Rayon Məhkəməsinin sədri olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Qeyd edək ki, bu ilin mayında İradə Həsənzadənin 65 illik yubileyi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində tədbir də keçirilib.
Digər xəbərlər
loading...