Əkrəm Akif oğlu Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
MilliYol.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident Həsən Sultan oğlu Zeynalovu Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. Onun yerinə Qismət Füzuli oğlu Gözəlov təyin olunub.
Dövlət başçısı başqa bir sərəncamla Nəsir Natiq oğlu Məmmədovu Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.