Xəbər verdiyimiz kimi Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin rəis müavini Şahin Almas oğlu Xasıyev 41 yaşında dünyasını dəyişib. Rəis müavininin qəfil ölüm səbəbi barədə Nazirlik heç bir açıqlama verməyib.
Bizim.Media- bu məsələ ilə bağlı araşdırma aparıb. Mərhum Şahin Xasıyevin adını açıqlanmasını istəyən yaxın qohumu bildirib ki, rəis müavini Rusiyanın Kazan şəhərində olarkən dünyasını dəyişib. O, ölüm və Kazana getmə səbəbini açıqlamayıb: “Yaxşı olar ki, bunu Nazirlikdən soruşasınız”.
Nazirlikdən isə isə bildirilib ki, Şahin Xasıyev 01 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixinədək əmək məzuniyyətində olub:
“Kazan şəhərində keçirilən tədbirə təşkilatçıların dəvəti əsasında şəxsi təşəbbüsü ilə müstəqil ekspert qismində iştirak edib. Şahin Xasıyev Kazanda olarkən ürəktutmasından vəfat edib”.
Qeyd edək ki, Şahin Xasıyev xeyli müddətdir ki, Səhiyyə Nazirliyində işləyirmiş.