Şəmkir kənd məktəbinin direktoru Akif Namazovun səsyazısı üzə çıxıb.
MilliYol.Az xəbər verir ki, məktəbdə laborant işləmiş Xatirə Əliyeva direktorun müəllimlərdən rüşvət almasını əks etdirən səsyazısını musavat.com-a təqdim edib. Direktora aid olduğu iddia edilən səsyazısında diplomuna imtina gəlmiş müəllimdən 500 manat rüşvət tələb olunur: “Sənin işini, zad yoxdurmu, imtinanı ləğv etmək olar. Edəkmi deyirəm, imkan varmı? Zəng ediblər, deyirəm nazirlikdən... Ona baxmaq mümkündür. İstəyirsən gəl, burda söhbət edək. Mən məktəbdəyəm. Telefon söhbəti deyil da bu... (qarşı tərəf: 5-ə gücüm çatmayacaq). Gəl də, yanıma gəl, telefon söhbəti deyil. Yaxşı 500... Edə bilərsənmi?.. Mən indi ora cavab verməliyəm, mənə vaxt veriblər. Nə qədər? Onda heç olmasa, bir 300 elə, deyim düzəltsinlər. Nə deyim indi mən? Onda çatdır, gətir. (qarşı tərəf: mənim indi imkanım yoxdur). Verməliyik də getməlidir ora, (nazirliyi nəzərdə tutur) gələrdin burda söhbət edərdik”.
Xatırladaq ki, Şəmkirin M.Süleymanov adına Aşağı Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürmüşdü. Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb.
Məktəb direktoru isə ittihamlara cavab olaraq keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ittiham edib və onun buna görə işdən çıxarıldığını bildirib.
Təhsil Nazirliyi baş vermiş qalmaqal ilə bağlı ciddi araşdırma aparıldığı barədə məlumat yayıb. Ölkə.az saytının məlumata görə isə, direktor Akif Namazov artıq işdən azad edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...