Xəbər verdiyimiz kimi, respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.
Bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir. "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə bu markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
İndi çoxlarını düşündürən əsas sual "Aİ-92" markalı benzeninin də qiymətinin qalxıb-qalxmayacağı ilə bağlıdır. Bəzi mənbələr "Aİ-92"nin də qalxacağını iddia edir.
Qaynarinfo.Az-ın Tarif Şurası və SOCAR-dakı mənbələrdən əldə etdiyi məlumata görə, "Aİ-92" markalı benzinin qiymətinin qalxması üçün heç bir səbəb yoxdur və qiymətlərdə artım olmayacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...