Baş Prokurorluqda yeni təyinatlar olub.
MilliYol.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qalib İsmayılov Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokuroru vəzifəsinə təyin edilib.
Baş prokurorun digər əmri ilə Naxçıvan şəhərinin sabiq prokuroru Elsevər Quliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.
Kamran Əliyev həmçinin Afət Kərimlini Culfa, Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edib. Afət Kərimli bu təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.
Digər xəbərlər
loading...