FHN-nin Sumqayıt Regional Mərkəzinin əməkdaşı, polkovnik-leytenant Babayev Bəxtiyar Mehman oğlunun kirayədə qaldığı mənzili naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Sumqayıt şəhəri, 5-ci məhəllə ev 17/30, mənzil 13-də qeydə alınıb.
Mənzildən 3 500 ABŞ dolları, 2 qızıl üzük, bir saat və bir boyunbağı aparılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
Digər xəbərlər
loading...