Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) rəhbər təyinatı olub.
"APA-Economics" əldə etdiyi məlumata görə, Samir Rəsulov ETX-nın rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Samir Rəsulov 1989-cu ildə Bakı şəhərində anadan olub. O, 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
Samir Rəsulov bank, telekommunikasiya və İKT sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində 13 ildən artıq müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, peşəkar karyerası dövründə fəaliyyət göstərdiyi müxtəlif sahələrdə informasiya təhlükəsizliyinin, eləcə də kibertəhlükəsizliyin təmin edilməsi üzrə böyük həcmli layihələr icra edib.
Samir Rəsulov 2022-ci ilin may ayından etibarən Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.