"Avropa İttifaqı missiyasının heç bir patrulu atışma hədəfi olmayıb”.
MilliYol.az xəbər verir ki, bu barədə qurumun "X” hesabında bildirilib.
Qeyd olunub ki, Aİ Ermənistan- Azərbaycan şərti sərhədində patrul xidməti həyata keçirir:
"Aİ Brüsseli hərbi inkişaflar, o cümlədən məsuliyyət zonamızda baş verən hadisələr barədə məlumatlandırır”.
Qeyd edək ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Aİ missiyasının patrulunu atəşə tutduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyi isə iddianı təkzib edib.
Digər xəbərlər
loading...