Daha bir türk klubu "Qarabağ"ın futbolçusu Reynaldo Silvaya elçi düşüb. MilliYol.Az ajansspor.com-a istinadən xəbər verir ki, Super Liqada çıxış edən "Adanaspor" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Baş məşqçi Levent Şahinin istəyi ilə hücumçu alacaq Adana klubu Reynaldonu transfer siyahısına salıb. Ötən həftə Reynaldonun "Gənclərbirliyi"nin maraq dairəsinə düşməsi barədə xəbər yayılmışdı.
Qeyd edək ki, "Adanaspor" 16 turdan sonra 10 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
MilliYol.Az
Digər xəbərlər
loading...