Gələn aydan etibarən bəzi məhsulların qiyməti bahalaşa bilər.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət artımı əsasən ərzaq məhsullarında gözlənilir. Onun sözlərinə görə, yay mövsümü bitəndən sonra bazarda qiymətlərlə bağlı dəyişklik qaçılmaz olacaq:
“Bir sıra yerli kənd təsərrüfatı məhsullarının bahalaşcağı da proqnozlaşdırılır".
Mərkəzin sədri qeyd edib ki, azərbaycanda daxili bazar daha çox idxal olunan məhsullardan formalaşır.Buna görə də, qiymətləri sabit saxlamaq qeyri-mümkün olur.
Akif Nəsirli əlavə edib ki, kəskin bahalaşmanın qarşısını almaq üçün süni qiymət artıma qarşı adekvat tədbirlərin görülməsi vacibdir.
Digər xəbərlər
loading...