Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazirinin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub.
MilliYol.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
Digər sərəncamla Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. O, eyni zamanda nazirini vəzifələrini də müvəqqəti icra edəcək.
Digər xəbərlər
loading...